PDF Oxu

İqtisadiyyat

  • 17

Azərbaycanda daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 17,3 faiz artmışdır

Azərbaycanda daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 17,3 faiz artmışdır

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq ümumi sərmayənin 74, 7 faizini təşkil etmişdir. Bu vəsaitin 79,2 faizi dövlət, 20,8 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3 milyard 657,4 milyon manat, bank kreditləri 446,9 milyon manat, büdcə vəsaitləri 4 milyard 123,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 225 milyon manat, sair vəsaitlər 21,5 milyon manat təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər