Yaşayış məntəqələrini və əkin sahələrini sel təhlükəsindən qorumaq məqsədi ilə Zaqatala rayonu ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri ilboyu davam etdirilir.
Rayon suvarma sistemləri idarəsindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ildə Dardoqqaz və Göyəm kəndlərinin əkin və yaşayış sahələrini sel sularından qorumaq üçün Tala çayın sağ sahilində 200 metr uzunluğunda daş-beton bənd tikilmişdir. Həmçinin Maqov və Sumaylı kəndlərinin əkin sahələrini, Dövlət meşə fonduna aid sahələri qorumaq məqsədilə Katex çayının sol sahilində 300 metr uzunluğunda beton bəndin tikintisi başa çatdırılmışdır. Hazırda çayın həmin hissəsində 100 metr uzunluğunda daha bir daş-beton bənd inşa edilir.
Tikinti işləri "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə dövlət vəsaiti hesabına həyata keçirilir.
Cari ildə idarə tərəfindən çaylarda 4,2 min kubmetr həcmdə daş-beton bəndlər əsaslı təmir edilmiş, çay yataqları 690 min kubmetr həcmdə təmizlənmiş, 15 ədəd hidrotexniki qurğu təmir olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...