PDF Oxu

İqtisadiyyat

  • 8

Aztəminatlı ailələrin büdcəsi 3 dəfəyə qədər artırılıb

Aztəminatlı ailələrin büdcəsi 3 dəfəyə qədər artırılıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Özünədəstək - Birdəfəlik Ünvanlı sosail yardım proqramının icrasının monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxış imkanlarının artırılmasına dəstək" layihəsinin yekunlarına həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, layihənin koordinatoru Dünya Camalova tədbirdə çıxışında bildirib ki, ümumilikdə "Özünədəstək" proqramı ölkənin 13 rayonunu əhatə edib. Onun sözlərinə görə, layihə çərçivəsində Xaçmaz və Bakının Nizami rayonunda proqramın nəticələrilə bağlı monitorinq keçirilib, məsul şəxslər və proqrama cəlb olunan ailələrlə müsahibələr və qiymətləndirmə sorğusu aparılıb: "Monitorinq çərçivəsində bu sahədə olan xarici təcrübə öyrənilib, yerli qanunvericilik analiz olunaraq əldə olunan nəticələr əsasında "Özünədəstək" proqramının daha geniş regionu əhatə etməsi, mərhələli şəkildə bütün respublikada tətbiq olunması və yekunda proqramın ünvanlı dövlət sosial yardımını əvəzləməsini nəzərdə tutan təkliflərdən ibarət sənəd hazırlanıb".

Əmək və əhalinin soaial müdafiəsi nazirliyinin sosial təminat şöbəsinin müdiri Elnur Sultanuv isə deyib ki, layihəyə 271 ailə cəlb olunub: "Onların da mal-əmtəə xidmətləri sahəsində çalışması nəticəsində hər bir ailənin büdcəsində 2,5 – 3 dəfəyə qədər artım əldə edilib. Layihəyə 398 min manat həcmində vəsait ayrılıb. Rayonlarlar üzrə isə bu vəsait 34-35 min manatı əhatə edir".

Daha sonra layihənin eksperti Qabil Bayramov layihə çərçivəsində aparılmış monitorinqin nəticələri, sorğu və tədqiqatların yekunlarına dair təqdimatını keçirib.

Tədbir təqdimatla bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

sia.az

Digər xəbərlər