PDF Oxu

İqtisadiyyat

  • 15

“Özünədəstək” proqramının icrası ilə bağlı monitorinqin nəticələri açıqlanmışdır

“Özünədəstək” proqramının icrası ilə bağlı monitorinqin nəticələri açıqlanmışdır

Bakıda "Birdəfəlik ünvanlı sosial yardım – "Özünədəstək" proqramının icrasının monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxış imkanlarının artırılmasına dəstək" pilot layihəsinin yekunlarına dair "dəyirmi masa" keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə nazirliyin və əlaqədar hökumət qurumlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən layihənin məqsədi "Özünədəstək" proqramının icrasının monitorinqi yolu ilə bu sahədəki dövlət siyasətinə və onun təkmilləşdirilməsinə texniki-metodiki dəstək vermək olmuşdur. Eyni zamanda, həmin proqramın mərhələli şəkildə bütün respublikada tətbiqini və yekunda proqramın ünvanlı dövlət sosial yardımı sistemini tədricən əvəzləməsini nəzərdə tutan təkliflərdən ibarət sənəd hazırlanmışdır.

Tədbirdə qeyd olunmuşdur ki, Xaçmazda və Bakının Nizami rayonunda proqramın əhatə etdiyi 51 ailədən 49-u arasında sorğu keçirilmiş, yerində müşahidə və monitorinq işləri aparılmışdır. Monitorinq nəticəsində "Özünədəstək" proqramının həmin ailələrin 95 faizinin yaşayışında müsbət dəyişikliklər yaratdığı və onların reabilitasiya olunduğu müəyyən edilmişdir.

QHT nümayəndələri bu proqramın hazırlanmasında və icrasında qeyri-hökumət təşkilatlarının yaxından iştirakının təmin olunduğunu bildirmişlər.

Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin obyektiv monitorinq apardığı vurğulanmış, proqramın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüş, müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər