Dünya bazarlarında neftin qiyməti artmışdır.
Nyu-Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 1,09 dollar qalxaraq 110,10 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti isə 2,25 dollar bahalaşaraq 116,61 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir bareli London birjasında 1,10 dollar artaraq 119,84 dollara satılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...