PDF Oxu

İqtisadiyyat

  • 12

“Azneft” İB-də texniki xidmət proqramının icra vəziyyəti müzakirə edilmişdir

“Azneft” İB-də texniki xidmət proqramının icra vəziyyəti müzakirə edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyində (İB) texniki xidmət proqramının icrası ilə əlaqədar cari ilin yeddi ayında görülmüş işlərin yekunları müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, İB-nin baş direktoru Daşqın İsgəndərov iştirakçılara texniki xidmətin təşkili və icra mexanizminin qurulması ilə əlaqədar ötən 7 ayda görülən işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Bundan əlavə, avadanlıq və qurğuların ehtiyat hissələrinin idarə edilməsi, boşdayanmaların və plandankənar fasilələrin minimuma endirilməsi, texniki xidmət işlərinin maya dəyərinin aşağı salınması istiqamətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılmışdır.

Müşavirədə İB-nin struktur təşkilatlarında istismar olunan avadanlıqların, qurğuların, mexanizmlərin, alətlərin saz vəziyyətdə saxlanılması, onlara vaxtlı-vaxtında texniki baxış keçirilməsi, xidmət göstərilməsi və təhlükəsizlik qaydalarına uyğun istismar olunmasına nəzarətin gücləndirilməsi məsələləri müzakirə edilmişdir.

Tədbirdə müvafiq şöbələrin rəhbərlərinin mexanika, energetika, kompressor təsərrüfatı, avtomatika, nəqliyyat sahələri üzrə yerinə yetirilən planlı texniki xidmətlərin həcmi barədə hesabatları dinlənilmişdir.

AzərTAc

Digər xəbərlər