PDF Oxu

İqtisadiyyat

  • 18

Qətər kosmosa ilk peykini buraxıb

Qətər kosmosa ilk peykini buraxıb

Qətər Dövlətinin ilk "Suheyl-1" peyki Fransız Qvianasında (Cənubi Amerikada Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan "Ariane-5" raketdaşıyıcısı ilə orbitə çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə kosmik aparatın operatoru "Suheyl-sat" şirkətinin rəsmi saytında deyilir. Peyk maneələrə davamlı müasir texnologiyalardan istifadə edilməklə yaradılıb və əsas etibarilə Qətərin televiziya kanallarının, o cümlədən "Əl-Cəzirə" xəbərlər kanalının siqnallarının ötürülməsi üçün nəzərdə tutulub.Şirkət rəhbəri Əli Əhməd əl-Kuvayrinin sözlərinə görə, Qətərin ilk peyki 3 aylıq sınaq müddətindən sonra cari ilin dekabrında istismara veriləcək: "Yeni peyk bizə siqnalı internetə çıxışı olmayan ucqar yerlərə ötürməyə imkan verəcək. Biz hələlik deyə bilmərik ki, efirdəki maneələri tam aradan qaldıracağıq, lakin sizi əmin edirik ki, onların səviyyəsini minimuma endirəcəyik.Şirkət dünya səviyyəsində rəqabəti artırmaq üçün 2016-cı ildə yerətrafı orbitə daha bir aparat buraxmağı planlaşdırır. Peyk operatorunun planlarında həmçinin ölkə paytaxtı Doha şəhərində yerüstü bazanın quraşdırılması və inkişafı da yer alıb. Əl-Kuvayrinin bildirdiyinə görə, əsas vəzifələrdən biri 2022-ci ildə bu ərəb ölkəsində keçiriləcək Futbol üzrə Dünya Çempionatının televiziya yayımının fasiləsiz təmin edilməsidir.Qeyd edək ki, yaradılmasına 3 il vaxt sərf olunan "Suheyl-1" peykinin çəkisi 6 tondan çoxdur. Şirkət nümayəndələrinin sözlərinə görə, məhz bu cəhət onun nəhəng peyklərdən biri hesab edilməsinə imkan verir. Kosmik aparat tarixi adı Suheyl olan Kanopus ulduzunun şərəfinə adlandırılıb. Bu ulduz yayın sonunda payızın əvvəlində daha çox parlayır

sia.az

Digər xəbərlər