Amerika Birləşmiş Ştatlarında xüsusilə çoxsaylı yəhudi icması tərəfindən yaxından izlənən WASHINGTONJEWISHWEEK.COM internet portalında Azərbaycan-İsrail münasibətlərinə dair məqalə dərc olunmuşdur.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibə əsasında hazırlanmış "Ağlabatmaz müttəfiqlər" (Unlikely allies) başlıqlı məqalədə səfirin Azərbaycanın tarixi, mədəniyyəti, tolerantlıq ənənələri, ölkəmizdə yaşayan yəhudi icması və İsrail ilə çoxşaxəli münasibətləri barədə fikirlərinə geniş yer verilmişdir. Bildirilmişdir ki, yəhudi xalqı və amerikalıların dostu olmaq Azərbaycan hökuməti və xalqının şüurlu seçimindən irəli gəlir. Azərbaycan müsəlman Şərqində demokratik prinsiplərin bərqərar olduğu və heç bir ayrı-seçkilik etmədən bütün vətəndaşlarına bərabər hüquqlar, qadınlara seçki hüququ verən ilk ölkədir.
Səfir ölkəmizdə yaşayan yəhudi icmasının qədim tarixindən, fəaliyyətlərindən söz açmış, yəhudilərin parlamentdə hər zaman təmsil olunduqlarını qeyd etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə nazirinin yəhudi əsilli olduğunu xatırlatmışdır.
Səfir əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yəhudi icması və İsrail ilə sıx əlaqələrə malik olmasının bu ölkənin müsəlman ölkələri ilə münasibətlərinin "texniki sülh"dən daha dərinə gedə biləcəyinin göstərici olduğunu söyləmişdir. O, ümumiyyətlə İudaizm və İslam arasında çox az fərqin mövcud olduğunu, diqqətin bizi fərqləndirən deyil, birləşdirən amillər üzərində cəmləşdirilməli olduğunu bildirmiş və bu mənada o, Azərbaycanı bir model olaraq təqdim etmişdir. Bundan əlavə, səfir bu ilin yazında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfirindən bəhs etmiş və ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını vurğulamışdır.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...