Yevlax rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində genişmiqyaslı tikinti və quruculuq işləri davam etdirilir.
AzərTAc xəbər verir ki, cari ildə şəhərin prospekt və küçələrində, parklarda geniş abadlıq işləri aparılmış, yeni işıq dirəkləri quraşdırılmışdır. Dördmərtəbəli 20 mənzilli yaşayış binasının tikintisi başa çatmış, 3 nömrəli orta məktəbin əsaslı təmirinə, hava limanının və Kür çayı üzərindəki dəmir yolu körpüsünün yenidən qurulmasına, 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı - Səmədabad-Qaraməmmədli-Rüstəmli-Qaramanlı-Köyük kəndləri avtomobil yolunun tikintisinə başlanılmışdır.
Şəhərdəki 10 nömrəli tam orta məktəb üçün 240, Balçılı kəndində 180, Aran qəsəbəsində 180 şagird yerlik məktəblərin, 180 çarpayılıq mərkəzi şəhər xəstəxanasının, 50 çarpayılıq Regional Vərəm Dispanserinin, Sənaye və Energetika Nazirliyinin Regional Qaz Nəzarəti idarəsinin, regional referens toksikologiya və karantin ekspertiza laboratoriyası binalarının tikintisi, Kövər kənd tam orta məktəbinin əsaslı təmiri başa çatmaq üzrədir.
Hazırda Kür çayı sahilində 5 ulduzlu oteldə, rayon təhsil şöbəsinin, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Yevlax filialının, qaz istismar sahəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin, İsmayılabad kənd ibtidai məktəb binalarında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Yuxarı Qarxun və Aşağı Qarxun kəndləri arasındakı 4,2 kilometr hissəsində tikinti işləri davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...