Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr dəmir yolunun əsaslı təmiri davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 3-də dəmir yolunun Yevlax-Malay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanılmışdır.
Təmir işləri bir həftə davam edəcəkdir.
Əsaslı təmir işlərini QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bu günədək 276,1 kilometr yol əsaslı təmir olunmuşdur. Həmin yolun 205 kilometrinin 800 metrlik uzun ölçülü relslərlə əvəzlənməsi başa çatmışdır.
Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolda işlər müvafiq cədvəl üzrə həyata keçirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...