PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı artmışdır

Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı artmışdır

Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasından Gürcüstana 11,57 milyon ABŞ dolları dəyərində 63,69 min ton tikinti materialları ixrac olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu materiallar arasında gips və anhidritin üstünlük təşkil etmişdir.

Məlumatda deyilir ki, 2012-ci ilin eyni dövründə Azərbaycandan Gürcüstana 7,19 milyon dollar dəyərində 60,71 min ton tikinti materialları göndərilmişdir.

AzərTAc

Digər xəbərlər