"AtaTravel" MMC sentyabr ayından yeni aksiyaya start verir. Qurumdan SİA-ya verilən məlumata görə, "AtaTravel" MMC-dən istənilən istiqamətə səyahət paketi alan müştərilərə səyahət sığortası hədiyyə ediləcək. "AtaTravel" MMC tərəfindən təklif edilən səyahət turlarının qiyməti 220 AZN-dən başlayır. Səyahət paketlərinə aviabilet, səyahət sığortası, oteldə qalmaq, səhər yeməyi, bir günlük şəhərdə ekskursiya daxildir. Səyahət paketlərinin qiymətləri ölkələrin müxtəlifliyinə və müddətinə görə dəyişilir. "AtaSığorta" ASC tərəfindən təqdim edilən səyahət sığortası hadisəsi baş verdikdə sığortaçı zərərçəkənə tibbi, texniki, hüquqi yardım və ya başqa xidmətlərinin göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir.Qeyd edək ki, "AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...