Zərdab rayonunun pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri məhsul yığımına başlamışlar.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il 475 hektar sahədə pambıq yetişdirilmişdir. Tarlalarda kompleks becərmə tədbirləri yüksək səviyyədə həyata keçirilmişdir. Fermerlər əsasən "Ağ qızıl-20", "Ağ qızıl-18" sortlarına üstünlük vermişdir.
Məhsul yığımı kampaniyasına 200 nəfərədək işçi qüvvəsi, kifayət qədər texnika, habelə 2 pambıqyığan kombayn cəlb olunmuşdur.
Toplanan məhsul əsasən "Zərdab-pambıq" və "Ucar-pambıq" Açıq Səhmdar cəmiyyətlərinə satılır.
Bu il hər hektardan 20-25 sentner məhsul götürüləcəyi gözlənilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...