PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda internet xidmətlərinə olan qiymətlərin aşağı salınması və keyfiyyətin yüksəldilməsi siyasəti davamlı şəkildə aparılır.

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat vermişdir. Bildirilmişdir ki, internetin qiymətinin aşağı salınması məsələsi aktual olaraq qalır və bu layihə "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı tədbirlər planında da əksini tapmışdır.

Hazırda bir sıra tədbirlər həyata keçirilir, internet provayderlərlə görüşlər təşkil olunur. Azərbaycan İnternet Cəmiyyəti tərəfindən də müəyyən müzakirələr aparılır və təkliflər hazırlanır.

AzərTAc

Digər xəbərlər