Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə Ağsu rayonunun Navahı və Curuğlu kəndlərində artezian quyuları qazılır.
AzərTAc xəbər verir ki, hər biri saatda 25 kubmetr su vermək imkanına malik olacaq quyular bu kəndlərdə təsərrüfat suyuna olan tələbatın ödənilməsinə xeyli kömək göstərəcəkdir.
Quyuların sentyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Hazırda elektrik xətləri çəkilir və transformatorlar quraşdırılır.
Qeyd edək ki, bir qədər əvvəl rayonun Qaravəlli kəndində də artezian quyusu istifadəyə verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...