"Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə investisiya fondunun yaradılması üzrə təklif və müraciət daxil olub. Təklif bu yaxınlarda aktivlərin idarə edilməsi üzrə lisenziya alan "İnvest Az" şirkəti tərəfindən irəli sürülüb". SİA-nın xəbərinə görə, bunu komitənin sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, investisiya fondu açıq fond kimi nəzərdə tutulur ki, bu da komitənin strategiyasına uyğundur: "Komitənin mövqeyi belədir ki, ölkədə ilk yaradılan investisiya fondları açıq olmalıdır".R.Aslanlı həmçinin bildirib ki, şirkət tərəfindən paylarına tələbatın olub-olmaması barədə marketinq araşdırmalar aparılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...