PDF Oxu

İqtisadiyyat

  • 10

İstehlak kreditlərinin faiz dərəcələri aşağı salınacaq

İstehlak kreditlərinin faiz dərəcələri aşağı salınacaq

"Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları ilə istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə danışıqlar və işlər aparır". SİA-nın xəbərinə görə, bunu AMB-nin sədri Elman Rüstəmov jurnalistlərə verdiyi açıqlamasında deyib.Kreditlər üzrə faiz dərəcələrinə toxunan sədr bildirib ki, Azərbaycanda biznes kreditləri üzrə orta faiz dərəcəsi təxminən 14% təşkil edir ki, bu da digər ölkələrlə müqayisəli səviyyədədir: "İstehlak kreditlərinin dərəcələri də qonşu ölkələrlə müqayisədə yüksək hesab oluna bilməz. Lakin hərhalda, istehlak kreditlərinin ucuzlaşması Mərkəzi Bank tərəfindən lazımı hesab edilir".E.Rüstəmov eyni zamanda bəyan edib ki, bankların yüksək qazanc əldə etməsi barədə fikirlər yanlışdır: "Bankların mənfəətinin orta səviyyəsi təxminən 3%-ə bərabərdir ki, bu da yüksək göstərici hesab oluna bilməz".

sia.az

Digər xəbərlər