PDF Oxu

İqtisadiyyat

  • 6

Azərbaycan-Avropa Birliyi əməkdaşlığı beynəlxalq iqtisadi forumda müzakirə edilib

Azərbaycan-Avropa Birliyi əməkdaşlığı beynəlxalq iqtisadi forumda müzakirə edilib

Azərbaycanlı alim 3000 iştirakçının qatıldığı foruma sədrlik edib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) məşhur Krinisa İqtisadi Forum çərçivəsində Polşanın Krinisa şəhərində Sentyabrın 6-da "Avropa Birliyi – Xəzər Dənizi arasında Əməkdaşlıq: Neft və Qaz Əməkdaşlığından başqa nə?" Forumu təşkil edib. SİA-nın verdiyi məlumata görə, Forum rəsmi tərəfdaşı olan İSİM Avropa Birliyi ilə Xəzəryanı ölkələrin mövcud münasibətlırini qiymətləndirmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün xüsusi forum təşkil edib.

Vüqar Bayramovun sədrlik etdiyi forumda Polşa Baş nazirinin müavini Andrzej Dicka, Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Zhoshybayev, Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov, İran Parlamentinin üzvü Mehdi Səneyi, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, Moldovanin Demokartik Hərəkat Partiyasının sədri Mihai Godea, Polşanın Petrolivnest Şirkətinin prezidenti Bertrand Le Guere və o cümlədən Rusiya, Türkmənistan və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

İqtisadçı alim V.Bayramov bildirib ki, forumun məqsədi Avropa və qlobal arenanın Xəzər dənizinə sadəcə neft mənbəyi kimi ənənəvi baxışlarının dəyişdirilməsinə nail olmaqdır. Artıq Avropa Birliyi ilə Xəzəryanı ölkələrin münasibətləri artıq yeni müstəviyə daxil olub. Bu baxımdan, Azərbaycan-Avropa Birliyi münasibətlərinin inkişafı diqqəti cəlb edir.

Forumda çıxış edən spikerlər Azərbaycan Avropa Birliyi arasında əməkdaşlığın genişləndirilməsini yüksək qiymətləndiriblər.

Forumda dünyanın 100-dən çox ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edib.

sia.az

Digər xəbərlər