"Microsoft" şirkəti Finlandiyada yeni data mərkəzin tikintisinə qərar vermişdir. Korporasiya sözügedən mərkəzə 250 milyon dollar sərmayə qoymuşdur.
Şirkətdən bildirmişlər ki, yeni mərkəz korporasiyanın avropalı müştərilərinə xidmət üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, "Microsoft"un Avropada data mərkəzi var və o, İrlandiyada yerləşir. Bu yaxınlarda "Google" şirkəti də Finlandiyada öz data mərkəzini açmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...