"Azərpoçt MMC "Migom" Beynəlxalq pulköçürmələri ödəniş sistemini bütün poçt şöbələrində tətbiq edir. Bu tədbirlər Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pulköçürmələri bazarında innovasiya proseslərinin inkişafı çərçivəsində həyata keçirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Migom" sisteminə ölkə üzrə fəaliyyət göstərən poçt şöbələrinin 80 faizi qoşulmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
"Migom" sistemi dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentləri ilə əməkdaşlıq edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...