PDF Oxu

İqtisadiyyat

  • 20

VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində dünyanın nüfuzlu universitetləri iştirak edəcəklər

VII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində dünyanın nüfuzlu universitetləri iştirak edəcəklər

Yeddinci Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi ("Education & Career-2013") bu il oktyabrın 4-dən 6-dək "JW Marriott Absheron Baku Hotel" mehmanxanasında

keçiriləcəkdir.

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı "Iteca Caspian LLC" şirkətindən AzərTAc-a bildirmişlər ki, təhsil sahəsində keçirilən bu yeganə tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunur.

Sərgi bu il 100-dən artıq iştirakçını bir araya gətirəcəkdir. İştirakçıların əksəriyyətini xaricdə bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təlim sistemləri təqdim edən müxtəlif təhsil müəssisələri təşkil edir. Artıq Almaniya, İspaniya və Rusiyanın nüfuzlu universitetləri sərgidə iştiraklarını təsdiqləmişlər.

AzərTAc

Digər xəbərlər