"Azərpoçt" MMC tərəfindən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət olunmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, hazırda MMC üzrə 1016 poçt şöbəsi lisenziya almışdır. Bunlardan 114-ü Bakı, digərləri isə regionların payına düşür. Müəssisə geniş poçt şəbəkəsinə malikdir və bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə etməklə əhaliyə bank və maliyyə xidmətləri göstərir. Bundan əlavə, şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sistemi inkişaf etdiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...