PDF Oxu

İqtisadiyyat

  • 14

“Azneft” İB-nin “28 May” neft-qaz çıxarma idarəsində səyyar müşavirə keçirilmişdir

“Azneft” İB-nin “28 May” neft-qaz çıxarma idarəsində səyyar müşavirə keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) "28 May" neft-qaz çıxarma idarəsində səyyar müşavirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, İB-nin baş direktoru Daşqın İsgəndərovun sədrliyi ilə keçən müşavirənin iştirakçıları əvvəlcə Günəşli yatağında yerləşən 8 nömrəli dərin dəniz özülündə aparılan tikinti-quraşdırma və təmir işləri ilə tanış olmuşlar. İştirakçılara bu platformada qazılması nəzərdə tutulmuş əlavə iki quyunun hazırlıq işləri və neft hasilatının sabit saxlanılması istiqamətində görülmüş işlər, mövcud problemlər barədə geniş məlumat verilmişdir.

Sonda quyular üzərində aparılacaq geoloji-texniki tədbirlər üzrə xüsusi tərtib olunmuş proqramın yerinə yetirilməsinin vacibliyi vurğulanmış, yeni vəzifələr müəyyən edilmişdir.

AzərTAc

Digər xəbərlər