Şəkinin təsərrüfatlarında üzüm yığımına başlanmışdır. Hələlik bağlardan əsasən süfrə üzüm sortları yığılır. Tezliklə texniki sortların da yığımına başlanılacaqdır.
Məhsul istehsalçıları indiyədək bağlardan 300 tona yaxın üzüm yığmışlar. Bağlardan 3500 tona yaxın məhsul toplanacağı gözlənilir.
Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırda rayonda 285 hektar bar verən üzüm bağları vardır. 2011-ci ildə rayonda şərab zavodunun istifadəyə verilməsi əhalinin bu sahəyə marağını xeyli artırmışdır. Keçən il 18, bu ilin yaz aylarında isə daha 7 hektar sahədə yeni üzümlüklər salınmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...