PDF Oxu

İqtisadiyyat

  • 18

Avqust ayında Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılmışdır

Avqust ayında Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılmışdır

Cari ilin avqust ayı ərzində 2 milyon 445 min 065 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır (bu həcmin 1 milyon 511 min 874 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir).

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 milyon 897 min 616 ton olmuşdur.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən 2013-ci il sentyabrın 1-dək Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

yap.org.az

Digər xəbərlər