Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 480 min 50 ton Azərbaycan nefti nəql olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvar-avqust aylarında bu kəmərlə 20 milyon 220 min 5 ton neft ötürülmüşdür. Ümumiyyətlə, BTC kəməri istifadəyə verildiyi gündən 2013-cü il sentyabrın 1-dək ona 225 milyon 671 min 819 ton neft vurulmuşdur.
Bundan başqa, avqust ayında BTC kəməri ilə 201 min 401 ton Türkmənistan nefti də nəql olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...