PDF Oxu

İqtisadiyyat

  • 17

Lənkəranda Gənclər Mərkəzi ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir

Lənkəranda Gənclər Mərkəzi ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir

Lənkəran Gənclər Mərkəzi ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

AzərTAc xəbər verir ki, mərkəzin açılmasının məqsədi yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda "dəyirmi masa"lar təşkil etmək mümkün olacaqdır. Bundan əlavə, mərkəzdəki 3D formatlı kino zalı da orijinallığı ilə diqqəti cəlb edir. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaqdır.

AzərTAc

Digər xəbərlər