"Bu ilin ilk 7 ayında ümumi daxili məhsulun yüksək artım tempi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan digər hədəflərlə də nail olmağa zəmin yaradır: "Son 7 ay ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 %, qeyri-neft ixracı isə 10 % artıb. Son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft ümumi daxili məhsulu 2,7 dəfə artıb". Bu fikirləri iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq, 7500 ABŞ dollarına yüksəlib. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları investisiya qoyulub. Büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6.4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb". Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşıb.
"Əhalinin həyat səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. 1,2 milyon yeni iş yeri açılıb. Əhalinin gəlirləri 6,1 dəfə artıb. Yoxsulluq səviyyəsi 6 faizə enib. İnkişaf Konsepsiyasında qeyri-neft sektorunda ÜDM-in orta illik artım tempinin 7 faizdən yuxarı saxlanılmasının, adambaşına düşən ÜDM-in 13 min ABŞ dollarına çatdırılması, adambaşına düşən qeyri-neft ixracının 1000 ABŞ dollarına yüksəldilməsi nəzərdə tutulub"- deyə, nazir vurğulayıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...