Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 11,4 milyard manat məbləğində vəsait daxil olub, büdcədən 10,2 milyard manat vəsait xərclənib. Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, büdcədə 1147,2 milyon manat məbləğində, yaxud ÜDM-in 3,6 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 4,5 milyard manatı və ya 44,4 faizi iqtisadiyyatın inkişafına, 769,8 milyon manatı (7,5 faizi) təhsilə və 1025,3 milyon manatı (10,0 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...