PDF Oxu

İqtisadiyyat

  • 13

Ölkədə inşaat işlərinə xərclənən vəsait açıqlandı

Ölkədə inşaat işlərinə xərclənən vəsait açıqlandı

Ölkədə inşaat işlərinin həyata keçirilməsi üçün 8 ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 milyard manat məbləğində vəsait yönəldilib, onun 6,9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, istifadə edilmiş kapital qoyuluşunun 74,8 faizini, yaxud 7,8 milyard manatını daxili investisiyalar, 2,6 milyard manatını xarici investisiyalar təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala vəsait qoyuluşu 22,7 faiz, tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 35,4 faiz artıb. İlin əvvəlindən ümumi sahəsi 1313,9 min kv.metr yaşayış evləri, 5554 şagird yerlik ümumtəhsil məktəbləri, 205 çarpayılıq xəstəxana, 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 777 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Hava Limanında anqar kompleksi və Beynəlxalq Loqistika Mərkəzi, Qaz Turbinli İstilik elektrik stansiyası, "Alov Qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Yeraltı avtomobil dayanacağı, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Ağstafa rayonunda Peynbol və Atıcılıq mərkəzi, Qazax rayonunda Sement zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar Sənaye kompleksi, "Qafqaz Karvansaray" Otel kompleksi, Qobustan rayonunda İdman kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax və Saatlı rayonlarında Olimpiya İdman Kompleksləri, Siyəzən rayonunda Gənclər mərkəzi, Tovuz rayonunda Hemodializ mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik stansiyası, Balakən rayonunda Soyuducu Anbar kompleksi, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi, Mərkəzi xəstəxəna, Gənclər Mərkəzi, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana kompleksi və digər istehsal və qeyri-istehsal obyektləri istismara verilib. Tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7092,8 milyon manat məbləğində vəsaitin 4672,9 milyon manatından istifadə edilib.

sia.az

Digər xəbərlər