Sentyabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,62 dollar və ya 1,5% azalaraq 1 barelə görə 106,59 dollar olub. SİA-nın xəbərinə görə, sentyabrın 16-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,63 dollar və ya 1,5% azalaraq 110,07 dollar təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...