Bu gün Azərbaycan neftçiləri öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. SİA-nın xəbərinə görə, Ümummili lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib."Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olub. Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.1994-cü il sentyabrın 20-də Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun məhsullarının bölüşdürülməsi haqqında saziş imzalanıb. Bu haqlı olaraq "Əsrin müqaviləsi" adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, "Əsrin müqaviləsi" haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib.İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...