PDF Oxu

İqtisadiyyat

  • 10

Elastik və bükük displeylər bazarı fəal inkişaf edəcək

Elastik və bükük displeylər bazarı fəal inkişaf edəcək

Müxtəlif növ məhsulları, o cümlədən mobil qurğular və riderlər üçün elastik ekranlar və bükük televizor ekranlarını əhatə edən elastik və bükük displeylər bazarı yaxın illərdə fəal şəkildə inkişaf edəcək. SİA-nın məlumatına görə, 2013-cü ildə belə displeylərin satışı 388 milyon dollar qazanc gətirəcək. 2023-cü ilədək seqmentdə mədaxilin həcmi orta hesabla ildə 53 faiz artacağı və proqnozlaşdırılan dövrün sonunadək 27 milyard dollara çatacağı gözlənilir.Bu barədə 2007-ci ildən elastik displeylər bazarını izləyən "Touch Display Research Inc." tədqiqat şirkətinin prezidenti və analitiki Cenifer Koulqrouv bildirib.2016-cı ildən sonra televizorlar üçün maye-kristal (LCD) və "OLED" displeylər seqmentində fəal irəliləyiş qeydə alınacaq. Ekspertlər qeyd edirlər ki, artıq satışda "LG" və "Samsung" şirkətlərinin bükük formalı "OLED" televizorları var, 2013-cü ilin sonuna "Sony" korporasiyası da "LED" işıqlandırması ilə bükük televizor təqdim edəcəyinə söz verib.Mütəxəssislərin hesablamalarına əsasən, hazırda elastik və bükük displeylərin hazırlanması ilə məşğul olan 260 şirkət və tədqiqat institutu mövcuddur.Qeyd etmək lazımdır ki, "IHS" analitik-informasiya agentliyinin proqnozuna görə, 2013-2020-ci illərdə dünya elastik displeylərinin tədarük həcmi 3,2 milyondan 792 milyonadək- 250 dəfə artacaq. Göstərilən müddət ərzində bu məhsulların satışından əldə olunan mədaxil 100 min dollardan 41,3 milyonadək yüksələcək

sia.az

Digər xəbərlər