"Daşkəsən" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin ərazisində reydlər müntəzəm davam etdirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin 8 ayında ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 140-a yaxın istehlakçının sayğac-uçot komplektində qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 477,6 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 28,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 35 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalanının ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...