PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdən perspektivdə 6 trilyon kubmetrədək arta bilər

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdən perspektivdə 6 trilyon kubmetrədək arta bilər

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdən perspektivdə 6 trilyon kubmetrədək arta bilər.

AzərTAc xəbər verir ki, bu sözləri sentyabrın 20-də Neftçilər günü münasibətilə keçirilən təntənəli mərasimdə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir.

Vitse-prezident bildirmişdir ki, bu il ölkədə 43 milyon ton neft hasil etmək planlaşdırılır. Azərbaycanın yeni perspektiv yataqları vardır. Beləliklə, ölkəmiz perspektiv ehtiyatlarını artıra bilər.

X.Yusifzadə bildirmişdir ki, mütəxəssislər "Şahdəniz" qaz-kondensat yatağının qaz ehtiyatlarının 1,5 trilyon kubmetr təşkil edə biləcəyini proqnozlaşdırırlar.

AzərTAc

Digər xəbərlər