"Azərspace-1" peykindən yayımlanan telekanalların sayı artıq 56-ya çatıb. Bunların 8-i yerli, digərləri isə xarici televiziya kanallarıdır. Həmçinin, 8 radio kanalının yayımı da milli peykimiz üzərindən həyata keçirilir."Azərkosmos" ASC-dən AzərTAc-a bildirmişlər ki, tamaşaçıların seçim imkanlarının artırılması məqsədilə "Azərspace-1" vasitəsilə yayımlanan televiziya və radio kanallarının sayı mərhələli şəkildə davam etdiriləcək.İlk telekommunikasiya peyki 2013-cü ilin fevralında orbitə çıxarılıb və may ayından kommersiya fəaliyyətinə başlayıb. Peykin əhatə zonasına Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...