Yanvar-iyul aylarında "İpək Yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 34,1 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox yük, 165,5 milyon nəfər və ya 9,5 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yüklərin 46,4 faizi avtomobil, 35,9 faizi dəmir yolu, 17,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Yükdaşımaları fəaliyyətindən 265,6 milyon manat, sərnişin daşınmasından isə 55,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 6,3 və 17 faiz artım qeydə alınmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...