Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam edir.
İşlər tam başa çatdırıldıqdan sonra aerovağzal ildə 3 milyon sərnişinə xidmət göstərəcəkdir.
Layihənin icraçısı Azərbaycanın "Azvirt" şirkətindən AzərTAc-a bildirmişlər ki, tikinti işlərinə 2011-ci ilin mart ayından başlanılmışdır. Layihəyə əsasən, ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin ərazisi 58 min kvadratmetr təşkil edəcəkdir. Üçbucaq formasında olacaq 4 mərtəbəli bina istifadəyə verildikdən sonra buradan beynəlxalq aviareyslər, Mövcud terminaldan isə yerli reyslər həyata keçiriləcəkdir.
Yeni terminal binasında beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə geniş yer veriləcəkdir.
Layihənin məqsədi sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, təyyarələrin uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdan ibarətdir.
Yeni aerovağzal kompleksinin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...