Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatının hazırlanması yaxın iki ayda başa çatacaqdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, proqram təminatı vasitəsilə qrantların, kreditlərin faiz dərəcələrinin hesablanması, layihələrin qəbulu, kreditlərin ayrılması, fondun digər qurumlarla, müvəkkil bank və bank olmayan kredit təşkilatları ilə əməkdaşlığı nəzərdə tutulmuşdur.
Yaradılacaq ümumi məlumat bazasının üzərindən fondun banklarla qarşılıqlı işi təşkil olunacaqdır. Banklara müvafiq proqram təminatı və internet xidmətləri pulsuz təqdim ediləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...