PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycanda sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,8 faiz artmışdır

Azərbaycanda sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,8 faiz artmışdır

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,5 milyard manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 0,6 faiz üstələmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ötən müddətdə sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,8 faiz, neft bölməsində isə 0,1 faiz artmışdır.

Məhsul istehsalının 74,4 faizi mədənçıxarma, 19,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinə aid olmuşdur.

Sahə üzrə məhsulun 81,3 faizi özəl bölmədə istehsal edilmiş, ümumi istehsalın 93,2 faizi sənaye mallarının (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına formalaşmışdır.

AzərTAc

Digər xəbərlər