Yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma bölməsində istehsalın həcmi 16,7 milyard manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 0,4 faiz aşağı olmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, sənayenin mədənçıxarma bölməsinin əsas məhsulu olan xam neft hasilatı 29,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 11,7 milyard kubmetr təşkil etmiş, neft hasilatı 1 faiz azalmış, qaz hasilatı isə 2,3 faiz artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...