Cari ilin 8 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 400 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 66,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 22,7 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş xərclərin həcmi isə 35,4 faiz artmışdır.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 6 milyard 500 milyon manat, qeyri-dövlət müəssisələri isə 3 milyard 900 milyon manat vəsait sərf etmişlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...