Bakıda istismarda olan bir sıra metro stansiyalarının yenidən qurulması nəzərdə tutulmuşdur.
Bu barədə AzərTAc-a Bakı Metropoliteninin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov məlumat vermişdir.
Bildirmişdir ki, əsaslı yenidənqurma işləri əsasən 1967-ci ildən istifadədə olan stansiyalara şamil ediləcəkdir. Bu il hələlik "28 May" metro stansiyasının yenidənqurma işlərinin başa çatdırılması planlaşdırılmışdır. Növbəti illərdə isə 1967-ci ildən istismarda olan "Sahil" metro stansiyası yenidənqurmaya dayandırıla bilər. Bu stansiyanın həqiqətən də təmirə ehtiyacı vardır. Lakin bununla bağlı qərar konkretləşdirildikdən sonra açıqlanacaqdır.
"Nizami" metro stansiyasının da təmirə böyük ehtiyacı olduğunu vurğulayan Rizvan Bayramov qeyd etmişdir ki, buna böyük cəsarət tələb olunur. Çünki "Nizami" stansiyası Bakı Metropoliteninin incisidir. Burada mövcud şəraiti, təmir olunduqdan sonra yenidən bərpa edə biləcək inşaatçılar lazımdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...