PDF Oxu

İqtisadiyyat

  • 19

İnşaat bölməsində çalışmış işçilərin sayında artım olmuşdur

İnşaat bölməsində çalışmış işçilərin sayında artım olmuşdur

Cari ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışmış işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 98,6 min nəfər olmuşdur.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, tikinti sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 609,5 manat təşkil etmişdir.

Mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqları 42,3 faiz, ixtisaslaşdırılmış tikinti işlərində 3,9 faiz, binaların tikintisində isə 1,1 faiz artmışdır.

AzərTAc

Digər xəbərlər