Vaşinqtonda "The Brookings İnstitutions"da "Avropa Enerji Təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Xəzər Strategiya İnstitutunun Enerji ve İqtisadiyyat məsələləri üzrə mütəxəssisləri Əfqan Niftiyev və İbrahim Palaz çıxışçı qismində iştirak ediblər. Çıxışlarda Avropa Birliyi ölkələrinin artan təbii qaz ehtiyacları, eyni zamanda Cənub Qaz Dəhlizinin həm Xəzər bölgəsi, həm də Avropa üçün əhəmiyyəti, Dəhlizin Avropanın Enerji təhlükəsizliyinin təmin olunması üçün ən etibarlı alternativ qaynaq olduğu vurğulanıb. Dəyirmi masaya "Brookings" İnstitutunun əməkdaşı Kemal Kirişci moderatorluq edib.Qeyd edək ki, konfransa Azərbaycan Dövlət Neft Şirkətinin Amerika nümayəndəsi Rauf Məmmədov, TANAP təmsilçisi Maqsud Məmmədov, Xəzər Strategiya İnstitutunun Elmi şurasının sədri Bülent Aras və akademik işlər koordinatoru Emin Axundzadə, həmçinin, StatOil, Mərkəzi Asiya-Qafqaz İnstitutu, Azərbaycanın Dostları Assambleyası, "Goldwyn Global Strategies"MMC, "Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi"(CSİS) və digər beynəlxalq qurumların təmsilçiləri qatılıblar.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...