PDF Oxu

İqtisadiyyat

  • 11

Gəmiqayırma sənayesinin inkişaf etdirilməsi üçün yerli kadrlar hazırlanacaqdır

Gəmiqayırma sənayesinin inkişaf etdirilməsi üçün yerli kadrlar hazırlanacaqdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) reallaşdırdığı layihələrdə xarici kadrlarla yanaşı, yerli kadrlara da ehtiyac duyulacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir. O bildirmişdir ki, müasir standartlara cavab verən gəmiqayırma zavodunda hazırda 2 minə yaxın iş yeri yaradılmışdır. Burada çalışacaq işçilər yüksək ixtisaslı mütəxəssislər və mühəndislər olmalıdırlar. Bunun üçün Dövlət Neft Şirkətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan universitetlərində gəmiqayırma açılması məqsədilə yeni proqram hazırlanmışdır.

AzərTAc

Digər xəbərlər