Cari ilin sonunadək ölkədə rəqəmli yayım səviyyəsi 100 faizə çatdırılacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda ölkə əhalisinin 93,8 faizinin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayımı üçün şərait yaradılmışdır. Azərbaycanda 25 televiziya kanalı və 15 radio proqramı mövcuddur. Televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi təqribən dövlət proqramları üzrə 90-100 faiz, özəl proqramlar üzrə 80-85 faiz təşkil edir.
Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanda rəqəmli televiziya sınağı uğurla keçirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...