Yaponiyanın iri "Midzuxo" bankı cinayətkar "Yakudza" təşkilatının üzvlərinə iki ildən artıq müddətdə çox böyük məbləğlərdə borc vermişdir.
Bunu Yaponiya hökuməti yanında ölkədəki bankların fəaliyyətini yoxlamaqla məşğul olan Maliyyə Xidmətləri Agentliyi bildirmişdir.
Dövlət agentliyinin məlumatına görə, 200 milyon iyenadan artıq (təqribən 2 milyon dollar) məbləğdə kreditlər verilməsi üzrə 230 hadisə qeydə alınmışdır. Borclar əsasən avtomobillərin alınması üçün verilmişdir.
Bununla əlaqədar, "Midzuxo" bankına tapşırılmışdır ki, mütləq öz siyasətini prinsipial surətdə dəyişdirsin, inzibati nəzarəti gücləndirsin, bütün hüquqi normalara əməl olunmasını gücləndirsin, belə qərarların qəbul edilməsinə məsul şəxsləri aşkara çıxarmaq məqsədi ilə daxili yoxlama aparsın.
Cari il noyabrın sonunadək bank bu məsələ ilə bağlı Maliyyə Xidmətləri Agentliyi qarşısında hesabat verməli olacaqdır.
Yaponiyada "Yakudza" təşkilatının bir çox qruplaşmaları polisin nəzarəti altında olsa da, leqal fəaliyyət göstərir. Həmin qruplaşmaların liderləri əsasən əlaltı şirkətlərin prezidentləri və ya ifrat sağ təşkilatların başçıları adı altında aşkar şəraitdə yaşayırlar.
Polisin məlumatına görə, 2008-ci ildə bu təşkilatın təqribən 84 min üzvü olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...