Oktyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,29 dollar və ya 0,3% azalaraq 1 barelə görə 102,04 dollar olub. SİA-nın məlumatına görə, oktyabrın 1-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar və ya 0,4% azalaraq 107,94 dollar təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...