"Atəşgah" sığorta şirkəti sığorta şəhadətnamələrinin online satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə vermişdir.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, sığorta şəhadətnaməsini almaq və ödənişsiz olaraq evinizə və yaxud digər ünvana çatdırmaq üçün sayta daxil olub (www.ateshgah.com) sifariş formasını doldurmaq kifayətdir. Ödənişin təsdiqi haqqında məlumat çap edilə, həmçinin elektron ünvana göndərilə bilər.
Bundan əlavə, şirkət müştərilərinə digər onlayn xidmətlər də təqdim edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...